525.Az

Rusiyada onbirmərtəbəli binada baş verən yanğından 440 nəfər təxliyə edilib, xəsarət alan var


 

Rusiyada onbirmərtəbəli binada baş verən yanğından 440 nəfər təxliyə edilib, xəsarət alan var<b style="color:red"></b>

Rusiyada yaşayış binasında güclü yanğın olub.

525.az APA-ya istinadən  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Krasnaqorskıy rayonunun Anapa şəhərindəki onbirmərtəbəli binada baş verib.

Binadan112-si uşaq olmaqla 440 nəfər təxliyə olunub.

Yanğın zamanı bir nəfər xəsarət alıb.

 





13.02.2024    çap et  çap et