525.Az

Şagirdlərə mənəvi və ictimai məsuliyyət hissi aşılayan layihələr


 

Şagirdlərə mənəvi və ictimai məsuliyyət hissi aşılayan layihələr<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ardıcıl şəkildə maraqlı layihələr həyata keçirir. Bu layihələr şagirdlərin istedadlarının üzə çıxarılmasına, nailiyyətlərinin yüksəldilməsinə, asudə vaxtlarının düzgün təşkilinə, həmçinin müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına, valideynlərin məktəbin idarəolunmasında iştirakına, məktəb rəhbərliyinin idarəçilik baxımından istiqamətləndirilməsinə xidmət edir. BŞTİ-nin reallaşdırdığı layihələr və inkişafyönümlü pilot proqramlarda təhsil işçiləri, məktəblilər və valideynlər böyük həvəslə iştirak edirlər. Maraqla qarşılanan layihələrdə qazanılan uğurlar yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır.

Layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

İdarə tərəfindən indiyədək paytaxt məktəblərinin valideyn və məktəb arasında ünsiyyət platformasını genişləndirmək, eyni zamanda, övladlarının təhsilinə nəzarət işində diqqəti artırmaq məqsədilə "Atalar və məktəb birliyi", valideynlər üçün "Yay məktəbi" və "Payız məktəbi", məktəb-ailə əməkdaşlığının inkişafı istiqamətində müzakirələr, "Açıq qapı" günləri, "Valideynin məktəbdə bir günü", "Ailəm və məktəbim" layihələri həyata keçirilib. Sözügedən layihələr valideynlərlə yanaşı, ictimaiyyət tərəfindən də böyük maraqla qarşılanıb.

"Tarix yazan müəllimlər", "Onlayn kitab klubu", "Məktəbdə...", "Yaşıl layihə: Təbiəti qoruyanlar", "Ailəm və məktəbim", "7-dən 17-yə vətənpərvər!", "Peşəkarlıq yolunda", "Biliyini paylaş", "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi", "Dəyərlərimizi qoruyaq!", "Zərərli vərdişlərə birlikdə yox deyək", "Yeniləşən məktəb", "Bir məktəb-bir klub", "İdmansevərlər" və Valideynlər üçün "Payız məktəbi" adlı layihələr isə şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Sözügedən layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün də bir-birindən maraqlı layihələrin icrasını davam etdirir. Bu günlərdə İdarə tərəfindən "Valideyn-müəllim-şagird üçbucağı" adlı yeni sosial media layihəsinə start verilib. Layihənin əsas məqsədi valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin paytaxt məktəblərində bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılmasından ibarətdir. Layihə çərçivəsində görülən işlərin, keçirilən məzmunlu və səmərəli tədbirlərin məktəbin sosial şəbəkə səhifələrində #valideynmüəllimməktəb həştəqi ilə yayımlanması zəruridir. Təhsil müəssisələrinin sosial şəbəkələrdəki səhifələrinin bu istiqamətdə paylaşımları iyunun 1-dək izləniləcək, fərqli, yaradıcı yanaşmaları ilə fərqlənən və izləyicilər tərəfindən bəyənilən paylaşımları ilə seçilən məktəblər qiymətləndiriləcək. Qaliblər təltif olunacaq və internet resurslarında onlar haqqında məlumat veriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Sağlam təhsil mühiti - kreativ yanaşmalar" adlı virtual müsabiqə də həyata keçirilir. Müsabiqənin əsas məqsədi sağlam təhsil mühitinin təşkili istiqamətində görülən işlərin təbliğ edilməsi, təhsil müəssisələrinin yaradıcı yanaşma və təcrübələrinin geniş yayılması, eyni zamanda ictimaiyyətə çatdırılmasından ibarətdir. Müsabiqə çərçivəsində paytaxtın təhsil müəssisələrinin sosial şəbəkə səhifələrində sağlam təhsil mühitini əks etdirən qısa şərhlərlə maraqlı videogörüntülər və ya fotoşəkillər paylaşılacaq.

Qeyd edək ki, təhsil müəssisələrinin aprelin 1-dək #sağlamtəhsilmühiti haşteqi ilə yayımlanan paylaşımları izləniləcək, ən çox bəyənilən videogörüntü və ya fotoşəkillər qiymətləndiriləcək, həmçinin  BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Ədibin Evi"nin birgə təşkilatçılığı ilə də maraqlı bir layihə icra olunur. "Məktəblilər "Ədibin Evi"ndə" adlı layihənin həyata keçirilməsinin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir. Layihə çərçivəsində məktəblilərin "Ədibin Evi"nə ziyarətləri təşkil olunacaq. Müxtəlif mövzuları əhatə edəcək layihədə iştirak edən şagirdlər interaktiv tapşırıqlar yerinə yetirəcəklər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Məktəb virtual məkanda" adlı müsabiqəyə də start verib. Paytaxtın təhsil müəssisələri arasında keçirilən müsabiqənin əsas məqsədi məktəblərin sosial şəbəkə səhifələrinin aktivliyinin artırılması və səhifələrin daha geniş aiditoriya tərəfindən izlənilməsi, həmçinin təhsil ocaqlarının həyatındakı yeniliklərin ictimaiyyətə təqdim edilməsinin əhatə dairəsinin genişləndirilməsindən ibarətdir. Qeyd edək ki, müsabiqədə ən çox izləyici sayına malik, aktiv paylaşımları olan məktəb səhifələri qalib olacaq.

Müsabiqədə iştirak edən məktəblərin sosial media paylaşımlarında #virtualməktəb və #fəalməktəb haşteqlərindən istifadə etməsi zəruridir. Bu, səhifələrin monitorinqi və qiymətləndirilməsi üçün vacibdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "İdmansevərlər!" layihəsi də icra olunur. Layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə müsabiqə, yarış və turnirlərin, "Kim sevirsə idmanı" adlı rəsm sərgilərinin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyəti olan məzun idmançılarla görüşlər təşkil ediləcək, milli idman növlərinin tarixi haqqında şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici videosüjetlər nümayiş olunacaq.

Ümumi təhsil müəssislərinin fiziki tərbiyə müəllimlərinin, idman nailiyyəti olan şagirdlərin, məzunların iştirakı ilə idmanın müxtəlif istiqamətləri üzrə festivalların, OCEP layihəsi çərçivəsində digər ölkələrin idman sahəsi ilə bağlı şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulur. Həmçinin ümumi təhsil müəssisələrində sağlam həyat tərzi ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlərin təşkili də planlaşdırılır.

Qeyd edək ki, müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin V-Xl sinif şagirdləri iştirak edə bilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həmçinin "Valideyn-müəllim-şagird üçbucağı" adlı yeni və çox maraqlı sosial media layihəsinə start verilib. Layihənin əsas məqsədi valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin paytaxtın təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılmasından ibarətdir.

Layihə çərçivəsində görülən işlərin, keçirilən məzmunlu və səmərəli tədbirlərin məktəbin sosial şəbəkə səhifələrində  #valideynmüəllimməktəb haşteqi ilə yayımlanması zəruridir.

Təhsil müəssisələrinin sosial şəbəkələrdəki səhifələrinin bu istiqamətdə paylaşımları iyunun 1-dək izləniləcək, fərqli, yaradıcı yanaşmaları ilə fərqlənən və izləyicilər tərəfindən bəyənilən paylaşımları ilə seçilən məktəblər qiymətləndiriləcək. Qaliblər təltif olunacaq və onlar haqqında internet resurslarında məlumat veriləcək.

Mütəxəssislərin fikrincə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən layihələr məktəblilərin gələcək nailiyyətlərinə müsbət təsir göstərəcək.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir-birindən maraqlı layihələr icra olunur: "İdarənin həyata keçirdiyi "Onlayn kitab klubu" layihəsi mənim çox xoşuma gəlir. Şagirdlərdə kitaba, mütaliəyə marağı artırmaq üçün "Onlayn kitab klubu" kimi sosial layihələr çox mühüm əhəmiyyət kəsb edir. Bu gün ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsinə və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına çox ehtiyac var. Artıq bir neçə ildir ki, ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə bir sıra zəruri tədbirlər həyata keçirilir. Əsas məqsəd isə şagirdlərin kitaba, mütaliəyə marağını artırmaqdır. Danılmaz həqiqətdir ki, kitabların uşaqların təlim-tərbiyəsində rolu əvəzsizdir. Hörmət, mərhəmət, məhəbbət, sədaqət, xeyirxahlıq, ədalət, ləyaqət və s. kimi insani dəyərlərin təbliğatçısı olan ədəbiyyat həqiqətən xəzinədir. Bizim uşaqlar ən əvvəl milli dəyərlərə sahiblənməli, sonra dünya mədəniyyəti ilə tanış olmalıdırlar. Mütləq şəkildə həm məktəbdə, həm də ailədə mütaliə təbliğ edilməlidir. Fikrimcə, şagirdlərdə mütaliəyə marağı artırmaq üçün "Onlayn kitab klubu" kimi sosial layihələr həyata keçirilməlidir. Mütaliənin üstünlüyü, vacibliyi təbliğ edilməlidir".

Sevinc QARAYEVA

 

 





14.02.2024    çap et  çap et