525.Az

Etirazçılar Fransa limanını bağladılar


 

Etirazçılar Fransa limanını <b style="color:red">bağladılar</b>

Fransanın Hind okeanındakı xarici ərazilərindən biri olan Mayot adasındakı Lonqoni limanı hökumətə reaksiya göstərən etirazçılar tərəfindən bağlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, adada nizamsız miqrasiya və təhlükəsizlik tədbirlərinin olmamasından şikayətlənən "Forces vives de Mayotte" kollektivinin üzvləri səslərini hökumətə çatdırmaq üçün bölgənin əsas limanı olan Lonqonini bağlayıblar.

Fransa daxili işlər naziri Gerald Darmanin dünən Mayotte adasını ziyarət edərək, adada mühacir probleminə cavab olaraq torpağa əsaslanan vətəndaşlığın sona çatacağını açıqlayıb.

Fransa Ətraf Mühit və Enerji İdarəetmə Agentliyinin (ADEME) məlumatlarına görə, Lonqoni Limanı regionun ərzaq ehtiyacının 65 faizini ödəyir.

Məhəmməd Tağıyev

 





14.02.2024    çap et  çap et