525.Az

Trampın NATO ilə bağlı mövqeyi ağlasığmazdır - Nikki Heyli


 

Trampın NATO ilə bağlı mövqeyi ağlasığmazdır - <b style="color:red">Nikki Heyli</b>

ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi və prezidentliyə namizəd Nikki Heyli CNN telekanalında keçmiş Amerika lideri Donald Trampın Rusiya ilə münaqişə yaranacağı təqdirdə NATO-nun digər üzvlərini müdafiə etməkdən imtina etdiyini açıqlayan mövqeyini pisləyib.

525.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir. 

Heyli, Trampın mövqeyini ağlasığmaz adlandırdıb. O, həmçinin qeyd edib ki, ABŞ NATO müttəfiqlərinə daha ​​çox pul ödəmək üçün təzyiq etməlidir.

Heyli xatırladıb ki, Tramp NATO-dan çıxmaq barədə dəfələrlə danışıb. Siyasətçi prezident olduğu zaman bu cür bəyanatlar həm açıq, həm də bağlı qapılar arxasında verilib.

Havar Şəfiyeva

 





14.02.2024    çap et  çap et