525.Az

Virtual oxuculara “Naxçıvan Muxtar Respublikası - 100” adlı  videoslayd təqdim edilib


 

Virtual oxuculara “Naxçıvan Muxtar Respublikası - 100” adlı  videoslayd təqdim edilib<b style="color:red"></b>

Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır.

Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir. Ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublika tarixində əlamətdar hadisə olmaqla yanaşı, Naxçıvanın ölkənin tarixində, eləcədə ictimai-siyasi, elmi-mədəni həyatında rolunu diqqətə çatdırır. 

525.az xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq kitabxanasının Məlumat-Biblioqrafiya şöbəsi tərəfindən hazırlanan  “Naxçıvan Muxtar Respublikası – 100” adlı videoslayd virtual rejimdə oxuculara təqdim edilib. Slaydda, Naxçıvanın tanınmış şəxsiyyətləri, tarixi abidələri və s.məlumatlar yer alıb.

Həmçinin Naxçıvan haqqında 18 adda kitab və dövrü mətbuat materialları təqdim olunub.

 





14.02.2024    çap et  çap et