525.Az

Yanvar ayında DOST mərkəzlərində 66 min vətəndaşa xidmət göstərilib


 

Yanvar ayında DOST mərkəzlərində 66 min vətəndaşa xidmət göstərilib<b style="color:red"></b>

Bu ilin yanvar ayında DOST mərkəzlərində 66 min vətəndaşa xidmət göstərilib.

525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq ötən il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST mərkəzinin açılışı olub və beləliklə DOST mərkəzlərinin sayı 7-ə çatıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim olunur.

DOST mərkəzlərində ötən dövrdə ümumilikdə 2 milyondan çox vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,1 faizdir.

Yanvar ayında DOST “142” Çağrı mərkəzi tərəfindən isə 142 min vətəndaş müraciəti cavablandırılıb. “Könüllü DOST” proqramı iştirakçılarının sayı da artmaqda davam edib. Ötən ay proqrama 1178 müraciət olub və daha 125 nəfər DOST könüllüləri sırasına cəlb edilib.

 





14.02.2024    çap et  çap et