525.Az

Ötən ay Azərbaycanda 4.5 mlrd. manatlıq məhsul satılıb


 

Ötən ay Azərbaycanda 4.5 mlrd. manatlıq məhsul satılıb<b style="color:red"></b>

2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

525.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1%, qeyri-ərzaq malları üzrə 5% artıb.

 





14.02.2024    çap et  çap et