525.Az

İtaliyada hökuməti Qəzzada atəşkəs üzərində işləməyə çağıran təklif qəbul edilib


 

İtaliyada hökuməti Qəzzada atəşkəs üzərində işləməyə çağıran təklif qəbul edilib<b style="color:red"></b>

İtaliyanın Nümayəndələr Palatasında Baş nazir Corca Meloninin başçılıq etdiyi sağçı koalisiya hökumətini Qəzzada humanitar atəşkəs üçün işləməyə çağıran təklif qəbul edilib.

525.az xəbər verir ki, İtaliya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasının Baş Assambleyasında Yaxın Şərqdəki hadisələr başlığı altında İsrailin Qəzzaya hücumları müzakirə edilib.

Baş Assambleyada ana müxalifətdəki Demokrat Partiyasının (PD) verdiyi təklif 128 səslə qəbul edilərkən, sağ koalisiya hökumət partiyalarından 159 deputat bitərəf qalıb.

Qeyd edək ki, İtaliya qanunlarına görə, parlamentdə qəbul edilən təkliflər hüquqi qüvvəyə malik olmasa da, hökumətə çağırış təşkil edir.

Məhəmməd Tağıyev

 





14.02.2024    çap et  çap et