Çili səlahiyyətliləri ölkənin mərkəzi və cənub bölgələrini təsir edən meşə yanğınlarında həyatını itirənlərin sayının 132-yə yüksəldiyini bildirib.
525.az xəbər verir ki, Çili Hüquq Sağlamlığı Xidmətindən (SML) verilən açıqlamada Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayının artdığı qeyd edilib.
Yanğınlarda ölənlərin sayı 132-yə yüksəlsə də, havadan və qurudan müdaxilələr yanğını tamamilə nəzarət altına almaqda davam edir.
SML ümumilikdə 89 cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsinin tamamlandığını və 64 cəsədin ailələrinə təhvil verildiyini açıqlayıb.
Məhəmməd Tağıyev
çap et