525.Az

İndoneziya yeni prezidentini seçəcək


 

İndoneziya yeni prezidentini seçəcək<b style="color:red"></b>

Dünyada ən çox əhaliyə malik ölkələrdən biri olan İndoneziyada seçki həyəcanı yaşanır.

525.az xəbər verir ki, 270 milyondan çox əhalisi olan İndoneziyada hazırkı prezident Coko Vidodonun səlahiyyət müddəti başa çatdıqdan sonra mandatı təhvil alacaq şəxsin müəyyən edilməsi üçün sandıq başına gedilib.

Belə ki, 200 milyondan çox seçici prezident və vitse-prezidenti, həmçinin deputatları və yerli nümayəndələri seçəcək. Prezidentliyə üç namizəd mübarizə aparır.

Qeyd edək ki, təxminən 17 min adadan ibarət olan İndoneziyada seçicilər 890 min nöqtədə səs verəcək və seçki prosesini 7 milyon məmur izləyəcək.

Məhəmməd Tağıyev

 





14.02.2024    çap et  çap et