İranın cənub sahillərində içində 11 nəfərin olduğu qayıq desant gəmisi ilə toqquşaraq batıb.
525.az xəbər verir ki, ötən gecə pis hava şəraiti ilə bağlı xəbərdarlıqlara məhəl qoymadan Hörmüz boğazı yaxınlığındakı Hörmüz adasından üzən qayıq desant gəmisi ilə toqquşub.
Toqquşma nəticəsində batan qayıqda olan 11 sərnişin vaxtında əraziyə çatan qruplar tərəfindən xilas edilib.
Məhəmməd Tağıyev
çap et