LFI Parlament Qrupunun sədr müavini Matilde Panot partiyasının həftəlik mətbuat konfransında verdiyi açıqlamada Fələstində dəhşətli hadisələrin baş verdiyini və oradakı vəziyyətdən narahat olduqlarını bildirib.
525.az xəbər verir ki, Panot həftəlik mətbuat konfransında verdiyi açıqlamada Fələstindəki vəziyyətdən narahat olduqlarını bildirib. Panot partiyasının Fransanın Fələstin dövlətini tanıması təklifini bu gün parlamentə təqdim edəcəyini bildirib.
Panot sözügedən təklif çərçivəsində Fransadan Fələstin dövlətini Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində tanımasını istəyəcəklərini qeyd edib.

Məhəmməd Tağıyev
çap et