İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsinə hava zərbələri endirdiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, ordu sözçüsü Aviçay Adraee "X" sosial şəbəkə platformasında verdiyi yazılı açıqlamada İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Nəbatiyyə şəhərinin Ramiye bölgəsini hədəf aldığını bildirib.
Adraee, İsrailə qarşı daha əvvəl raket hücumunun həyata keçirildiyi Nəbatiyyə vilayətinin Hasbaya bölgəsində də hərbi bölgəyə hücum olduğunu və dünən Livandan atılan 2 raketin açıq ərazilərə düşdüyünü bildirib.
Qeyd edək ki, 8 oktyabr 2023-cü ildən Livan-İsrail sərhədində İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında qarşılıqlı toqquşmalar gedir. Qarşıdurmalar səbəbindən Livanda 86 min, İsraildə isə 100 minə yaxın mülki vətəndaş evlərini tərk edərək didərgin düşüb. Vasitəçi qismində çıxış edən ABŞ və Fransadan olan nümayəndə heyətləri Hizbullah ilə İsrail ordusu arasında qarşıdurmalara son qoymaq və quru sərhədini çəkmək üçün müxtəlif fasilələrlə Təl-Əviv və Beyruta səfər ediblər.
Malik Atilay
çap et