525.Az

ABŞ-nin Suriyadakı bazasına raket hücumu


 

ABŞ-nin Suriyadakı bazasına <b style="color:red">raket hücumu</b>

ABŞ qüvvələri İranın dəstəklədiyi qrupların Suriyada Fərat çayının qərb sahilindəki ABŞ bazasına raket hücumuna cavab verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın dəstəklədiyi Meyadin rayonunda yerləşən terror qruplaşmaları PKK/YPG-nin işğalı altında olan bölgədə ABŞ qüvvələrinin yerləşdirildiyi Ömər Neft Sahəsindəki bazaya ən azı 3 raket hücumu həyata keçirib.

ABŞ qüvvələri təxminən 25 kilometr uzaqlıqdakı İranın dəstəklədiyi qrupların mövqelərinə hücumla cavab verib. ABŞ hələlik hücumla bağlı açıqlama verməyib. ABŞ ordusunun Hasəkə və Deyr əz-Zordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

Qeyd edək ki, Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-nin dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Malik Atilay

 





14.02.2024    çap et  çap et