Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici siyasət idarəsinin mətbuat xidməti bildirib ki, macar diplomatın səfər fevralın 15-də baş tutacaq. Siyarto türkiyəli həmkarı Hakan Fidanla görüşəcək, Türkiyə – Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasına qatılacaq.
Nazirlər arasında baş tutacaq görüşdə Türkiyə ilə Macarıstan arasında “gücləndirilmiş strateji tərəfdaşlıq” çərçivəsində ikitərəfli münasibətlərin, Türkiyə – Aİ əlaqələrinin və cari regional gedişatların müzakirə olunması nəzərdə tutulur.
çap et