525.Az

Şagirdlərin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub


 

Şagirdlərin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanasına İdrak liseyinin 2-ci sinif rus bölməsinin şagirdlərinin ekskursiyası təşkil olunub.

525.az xəbər verir ki, öncə Oxuculara xidmət şöbəsinin əməkdaşı məktəbliləri yeni kitablarla yaxından tanış edib.

Daha sonra kitabxananın kiçik oxu zalında Firidun bəy Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabından bəhs edilib. Həmçinin şagirdlərə sinifdən xaric oxu üçün müxtəlif məzmunlu yeni uşaq ədəbiyyatları haqqında ətraflı məlumat verilib.

Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.

 

 





15.02.2024    çap et  çap et