ABŞ-nin Missuri ştatının Kanzas şəhərində Super Bowl kimi tanınan Amerika futbol çempionatının şənliyi zamanı baş verən atışma nəticəsində yaralananların sayı 21-ə yüksəlib.
525.az xəbər verir ki, səlahiyyətlilər şənlik üçün şəhər meydanına toplaşan on minlərlə insanın ayrıldığı zaman gerçəkləşən və bir nəfərin ölümü ilə nəticələnən hücumda yaralıların sayının 21-ə yüksəldiyini açıqlayıb.
Yanğınsöndürmə rəisi Ros Qrundyson mətbuat konfransında sözügedən hadisədə 22 nəfərin güllə yarası aldığını, onlardan 1-nin öldüyünü, 21-nin isə yaralandığını bildirib. Səhiyyə rəsmiləri isə hadisə zamanı xəstəxanaya yerləşdirilən 11 uşaqdan 9-nun güllə yarası aldığı barədə məlumatı paylaşıb.
Qeyd edək ki, məsələ ilə bağlı məlumatlandırılan ABŞ prezidenti Co Bayden silahlı hücumla bağlı daha çox məlumat əldə etməyə çalışdıqlarını bildirib.

Məhəmməd Tağıyev
çap et