525.Az

Yaponiyada "Sakuracima" vulkanı püskürüb


 

Yaponiyada "Sakuracima" vulkanı püskürüb<b style="color:red"></b>

Yaponiyanın cənubundakı Kaqosima körfəzindəki yarımadada "Sakuracima" vulkanında püskürmə baş verib.

525.az “The Japan Times”a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubunda "Sakuracima" vulkanının püskürməsindən sonra küllərin 5 min metrə qədər yüksəldiyini bildirib.

Püskürmədən sonra ölən və yaralanan olmayıb.

Kaqoşima Meteorologiya İdarəsi də açıqlamasında vulkanik aktivlik xəbərdarlığı səviyyəsinin 3-cü səviyyədə saxlandığını açıqlayıb.

Qeyd edək ki, "Sakuracima" Yaponiyanın ən aktiv vulkanı kimi tanınır və 2016-cı ilin fevral ayından bəri onun kraterə 2 kilometrdən çox yaxınlaşmasına icazə verilmir. Vulkanın yerləşdiyi yarımada əvvəllər Kaqoşima körfəzi daxilində ayrıca bir ada olub, lakin 1914-cü ildə böyük vulkan püskürməsindən sonra şərqdə lava sahil xəttini doldurduqda Osumi yarımadası ilə birləşib. Partlayış Yaponiya tarixində ən böyük vulkan püskürməsi kimi qeydə alınıb.

Malik Atilay

 





15.02.2024    çap et  çap et