525.Az

Azərbaycan neft məhsullarının ixracını kəskin azaldıb


 

Azərbaycan neft məhsullarının ixracını kəskin azaldıb<b style="color:red"></b>

Cari ilin yanvar ayında Azərbaycan 17 434,46 min ABŞ dolları dəyərində 28 058,72 ton neft məhsulları ixrac edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,6 dəfə, həcmi isə 2,4 dəfə azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 572 210,25 min ABŞ dolları dəyərində 925 225,07 neft məhsulları ixrac edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artıb.

 

 





16.02.2024    çap et  çap et