525.Az

Akademik Roin Metreveli akademik İsa Həbibbəyliyə təbrik məktubu ünvanlayıb


 

Akademik Roin Metreveli akademik İsa Həbibbəyliyə təbrik məktubu ünvanlayıb<b style="color:red"></b>

Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Roin Metreveli AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə Prezident İlham Əliyevin yenidən ölkə başçısı seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti cənab İsa Əkbər oğlu Həbibbəyli!

İlham Heydər oğlu Əliyevin növbədənkənar prezident seçkilərində qazandığı haqlı qələbəsi münasibətilə Gürcüstan Milli Elmlər Akademiyası adından təbriklərimizi qəbul edin!

Sizi Azərbaycan xalqı üçün növbəti tarixi gün münasibətilə təbrik etmək istəyirik! Ölkənizin müstəqilliyi bərpa olunduqdan sonra prezident seçkiləri ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilib!

Arzu edirik ki, seçkilərin nəticələri d

ost və qardaş Azərbaycan xalqı üçün, ölkələrimiz arasında münasibətlərin dəstəklənməsi və möhkəmlənməsi üçün xeyirli olsun.

Dövlətlərimiz kimi, iki ölkənin elmlər akademiyaları və alimləri də elmin inkişafı naminə çiyin-çiyinə çalışıb, elmi əməkdaşlığı şövqlə dəstəkləyib. Buna misal olaraq çoxsaylı elmi konfrans, seminar, görüş və digər tədbirləri qeyd edə bilərik. Əminik ki, Azərbaycan elminin başında duraraq və ənənələrə sadiq qalaraq Siz, Azərbaycan və Gürcüstan Milli Elmlər Akademiyaları arasında elmi əlaqələrin daha da möhkəmlənməsi üçün səylərinizi əsirgəməyəcəksiniz. Şübhəsiz ki, bu, hər iki qardaş ölkədə elmin inkişafı üçün səmərəli olacaq.

Dərin hörmətlə,

Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Metreveli Roin Viktoroviç".

 

 





16.02.2024    çap et  çap et