525.Az

Türkiyə XİN AŞPA-ya Azərbaycanla bağlı çağırış edib


 

Türkiyə XİN AŞPA-ya Azərbaycanla bağlı çağırış edib<b style="color:red"></b>

Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Qeyd olunub ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir: “Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır”.

 





16.02.2024    çap et  çap et