525.Az

"Fitch" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb


 

"Fitch" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb<b style="color:red"></b>

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-cü ildəki 1,1%-lik iqtisadi artımdan sonra bu il Azərbaycanda artımın 2,8%-ə yüksələcəyini proqnozlaşdırıb.

525.az bu barədə reytinq agentliyinə istinadən xəbər verir.

“2023-cü ildə artım nəzərəçarpacaq dərəcədə azalaraq təxminən 1,1%-ə çatdı ki, bu da neft-qaz sektorunda azalmanı və bəzi əsas qeyri-neft sektorlarında, xüsusən də nəqliyyatda pandemiyadan sonrakı artımın yumşalmasını əks etdirir. Biz artımın 2024-cü ildə 2,8%-ə və 2025-ci ildə 2,5%-ə qədər bərpa ediləcəyini gözləyirik, bu da dövlət sərmayəsi ilə dəstəklənəcək, eyni zamanda, yeni neft hasilatı enerji sektorunun azalmanı yavaşlada bilər”- Fitch qeyd edib.

 





17.02.2024    çap et  çap et