525.Az

Ötən ay əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlanıb


 

Ötən ay əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlanıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında əlilliyi olan şəxslərə 9,1 min reabilitasiya vasitəsi verilib.

525.az-a bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 612-i təkərli oturacaq (o cümlədən 3-ü mühərrikli təkərli oturacaq), 190-ı aşağı və yuxarı ətraf, habelə 235-i eşitmə aparatı, 227-si qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 247 cüt protez ayaqqabı, 454 cüt ortopedik ayaqqabı, 7 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Yanvar ayında ümumilikdə 1,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

 





17.02.2024    çap et  çap et