525.Az

Rusiyaya qarşı sanksiyalar səmərəsizdir - Litva Prezidenti


 

Rusiyaya qarşı sanksiyalar səmərəsizdir - <b style="color:red">Litva Prezidenti</b>

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səmərəsizdir.

525.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransında Litva Prezidenti Gitanas Nauseda deyib.

"Etiraf etməliyik ki, bütün bu sanksiyalar paketləri Rusiya iqtisadiyyatına çox məhdud təsir edib", - deyə o bildirib.

Buna sübut kimi o, Rusiya Federasiyasının makroiqtisadi göstəricilərini göstərib.

Sanksiya təzyiqinin gücsüzlüyünün səbəbləri arasında Nauseda Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək imkanlarını qeyd edib.

 





18.02.2024    çap et  çap et