İsrail ordusunun qırıcı təyyarələri və artilleriyası Livanın cənubundakı “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib.
525.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bu səhər İsrail ordusunun döyüşçüləri Yarun bölgəsindəki “Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirib”, - məlumatda bildirilir.
“Bundan əlavə, İsrail əsgərləri Livanın cənubundakı Alma əl-Haib və Əl-Dahira bölgələrində təhlükəni aradan qaldırmaq üçün artilleriya atəşi açıblar”, - mətbuat xidməti əlavə edib.
çap et