525.Az

Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib


 

Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib<b style="color:red"></b>

Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ölkənin hərbi-sənaye kompleksinin müəssisələrinə haker hücumlarının artdığını açıqlayıb və bu hücumlarda Rusiyanın əli olduğunu irəli sürüb.

525.az “Report”-a istinadən xəbər verir ki, o, bu barədə “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

“Biz getdikcə tez-tez və aqressivləşən Rusiya mənşəli kiberhücumlarla qarşılaşırıq. Bu hücumlar bizim infrastrukturumuza qarşı yönəlib”, - deyə o bildirib

Nazirin sözlərinə görə, bir neçə ay əvvəl hakerlərin ölkənin iri müdafiə müəssisəsinə hücumunun qarşısı alınıb:

“Hakerlər Fransa və onun müttəfiqləri üçün hərbi istehsalı pozmağa cəhd ediblər”.

 





18.02.2024    çap et  çap et