525.Az

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Gəncədə tədbir keçirilib


 

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Gəncədə tədbir keçirilib<b style="color:red"></b>

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamının işığında  Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən bu əlamətdar tarixə həsr olunmuş “Naxçıvan bölgəsinin qədim tarixinin araşdırılması və erməni yalanlarının ifşa edilməsi” mövzusunda dəyirmi masa təşkil olunub.

525.az xəbər verir ki, AMEA Gəncə Bölməsinin sədrinin müavini Sara Əzizova dəyirmi masa müzakirələrini açarkən, ölkəmizin tarixində bu günlərdə baş verən əhəmiyyətli siyasi hadisə – 7 fevral Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkiləri zamanı xalqımızın böyük həmrəylik və birlik nümayiş etdirərək, cənab İlham Əliyevi dəstəklədiyini və bununla dövlətimizin daha da yüksəlişinə səs verdiyini qeyd edib və bu münasibətlə Gəncə ziyalıları və alimləri adından təbriklərini çatdırıb.

S.Əzizova Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamının müddəaları üzrə, Azərbaycan Milli Elmlər Akademiyasında və onun Gəncə Bölməsində müvafiq tədbirlər planı hazırlandığını bildirib.

Sonra AMEA Gəncə Bölməsinin Diyarşünaslıq, Humanitar Tədqiatlar institutlarının və Nizami Gəncəvi Mərkəzinin  əməkdaşlarının“Naxçıvanın real tarixi və erməni uydurmaları”, “Ermənilərin Naxçıvanda törətdikləri qanlı hadisələr”, “Araz Türk Cümhuriyyəti”, “Naxçıvan: tarixi həqiqətlər”, “Naxçıvanın tarixi abidələri” və “Nizami Gəncəvinin “Xəmsə”sində Naxçıvan toponimləri”  mövzularında elmi xarakterli məruzələri  dinlənilib.

Mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirdəki çıxışı zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Ulu Öndər Heydər Əliyevin milli varlığımızın tarixi və əbədi torpaqlarından olan Naxçıvana istər sovet, istər də müstəqilliyimizə qədəm qoyduğumuz dövrlərə xüsusi diqqət  göstərdiyini, onun Azərbaycanın taleyində əhəmiyyətli rolunun qüvvətləndirilməsi üçün mühüm addımlar atdığını xatırladıb. Y. Bədəlov  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqındə, ölkə başçımızın türk dünyasını bir ailə kimi xarakterizə etdiyinə diqqət çəkib və Azərbaycanın öz tarixi torpaqları ilə bu ailənin mühüm qanadı olduğunu vurğulayıb. Y. Bədəlov həmçinin qədim və köklü Azərbaycan yurdu olan Naxçıvanın əlamətdar yubileyi ilə bağlı ölkə başçısının sərəncamının işığında şəhərimizdə ilk tədbirin məhz bu gün AMEA Gəncə Bölməsi tərəfindən keçirildiyini vurğulayıb və bunun üçün bu elm ocağının sədri, akademik Fuad Əliyevə şəhərin rəhbərliyi adından təşəkkür edib.

Zakir Muradov, Gəncə

 





19.02.2024    çap et  çap et