Yəməndə İranın dəstəklədiyi husilər ölkənin cənubunda Ədən körfəzində İngiltərənin LYCAVITOS gəmisini vurduqlarını açıqlayıblar.
525.az xarici mediaya istinadən xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri verdiyi yazılı açıqlamada Yəmənin cənubunda Ədən körfəzində yerləşən İngilis gəmisi LYCAVITOS-u "uyğun dəniz raketi" ilə vurduqlarını bildirib.
Hücumun Fələstin xalqına dəstək məqsədilə həyata keçirildiyini bildirən Seri, ABŞ və İngiltərənin Yəmənə qarşı hücumlarına cavab vermək və Fələstin xalqına dəstək vermək üçün daha çox tədbir gördüyünü qeyd edib.
Qeyd edək ki, hücumun nəticələri ilə bağlı məlumat verilməsə də, İngiltərədən hələlik açıqlama verilməyib.
Malik Atilay
çap et