Fevralın 6-da Filippinin cənubunda baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 92-yə yüksəlib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Davao de Oro regional hökumətinin feysbuk hesabında ölkənin cənubundakı Masara kəndində baş verən sürüşmə ilə bağlı açıqlama verilib.
Açıqlamada sürüşmənin təsirinə məruz qalan ərazilərdə ölənlərin sayının 92-yə yüksəldiyi, 36 nəfərin itkin düşdüyü bildirilib.
Malik Atilay
çap et