525.Az

Rusiya: Ukrayna ordusunun Belqoroda hücumunda 6 nəfər ölüb


 

Rusiya: Ukrayna ordusunun Belqoroda hücumunda 6 nəfər ölüb<b style="color:red"></b>

Rusiya Səhiyyə Nazirliyi Ukrayna ordusunun Belqorod şəhərinə təşkil etdiyi hücumda 6 nəfərin həyatını itirdiyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında Ukrayna ordusunun Belqorod şəhərindəki bazara hücum etdiyini bildirib.

Hücum nəticəsində biri uşaq olmaqla 6 nəfərin öldüyü, 17 nəfərin yaralandığı barədə məlumatı paylaşan Kuznetsov səhiyyə naziri Mixail Muraşkonun göstərişi ilə Belqorod mütəxəssis həkim briqadasının göndərildiyini və onlara tibbi yardım göstərildiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında “hücumun terror aktı olduğunu” və bunu beynəlxalq təşkilatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında gündəmə gətirəcəklərini bildirib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ukrayna RM-70 "Vampir" çoxlüləli reaktiv yaylım atəş sistemi ilə Rusiya ərazisindəki elementlərə hücum etməyə cəhd edib.

Açıqlamada hücumun qarşısı alındığı və Belqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 14 raketin vurulduğu bildirilib.

Malik Atilay

 





19.02.2024    çap et  çap et