525.Az

İsrail "Hizbullah"ın yüksək rütbəli komandirini öldürüb


 

İsrail "Hizbullah"ın yüksək rütbəli komandirini öldürüb<b style="color:red"></b>

İsrail Livanda yüksək vəzifəli Hizbullah komandirini öldürüb.

525.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən bildirilib.

“İsrail hava qüvvələrinin Livanın Nəbatiyyə qəsəbəsinə başlatdığı hücumda "Hizbullah"ın elit Radvan bölməsinin yüksək rütbəli komandiri, onun müavini və bölmənin üçüncü döyüşçüsü həlak olub”, - məlumatda deyilir.

Agentliyin qeyd edir ki, İsrail hərbi qüvvələri öldürdüyü Əli Məhəmməd Əldbas 2023-cü ilin martında İsrailin şimalında yolun bombalanmasının təşkilində iştirak edib.

Havar Şəfiyeva

 





19.02.2024    çap et  çap et