525.Az

Tramp: NATO Baydenə görə ABŞ-ni ələ salır


 

Tramp: NATO Baydenə görə ABŞ-ni ələ salır <b style="color:red"></b>

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Ağ Evin rəhbəri Co Baydenin Ukraynaya milyardlarla dollar ayırmağa hazır olması NATO-da gülüş doğurur.

525.az xəbər verir ki, o, bu sözləri "CNN" telekanalına müsahibəsində deyib.

“Onlar (Avropa - red.) hər dəfə kimsə soruşanda 60 milyard dollar verən bir adamın rəhbərlik etdiyi ABŞ-nin axmaqlığına gülürlər”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp bundan əvvəl NATO-ya üzv ölkələrdən ABŞ-nin onları müdafiə etməsi üçün ÜDM-nin ən azı 2 faizini müdafiəyə xərcləmələrini tələb etmişdi. 

Havar Şəfiyeva

 





19.02.2024    çap et  çap et