Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
525.az “Report”-a istinadən xəbər verir ki, səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Sergey Navalnının ölümünə şərh verməməsi göstərilib.
Bildirilib ki, səfir Neçayev XİN-ə çağırılmazdan əvvəl "Neue Osnabrücker Zeitung" qəzetinə müsahibədə "hərbi sənayenin maraqlarının" bu hadisədə rol oynaya biləcəyi fikrinin və anti-Rusiya ritorikasının yayılmasından narahatlığını ifadə etmişdi.
Qeyd edək ki, fevralın 16-da Sergey Navalnı həbsxanada ölüb. Fevralın 18-də Berlində Aleksey Navalnının xatirəsinə yürüş keçirilib.
çap et