525.Az

Meksikada on minlərlə insan hökumətə etiraz edib


 

Meksikada on minlərlə insan hökumətə etiraz edib<b style="color:red"></b>

Meksikada on minlərlə insan iyunun 2-də keçiriləcək ümumi seçkilərdən əvvəl Milli Seçki İnstitutuna təklif edilən dəyişikliklərin qurumu zəiflətdiyi əsası ilə hökumətə etiraz edib.

525.az xəbər verir ki, müxalifət partiyalarının çağırışı ilə paytaxt Mexikoda Zokalo meydanında təxminən 90 min insan toplaşıb. İyunun 2-də keçiriləcək ümumi seçkilər öncəsi Milli Seçki İnstitutuna təklif edilən dəyişikliklərin qurumu zəiflətdiyi əsası ilə hökumətə etiraz edən nümayişçilər ədalətli seçki çağırışı edib.

Qeyd edək ki, qurumun rəngində olan çəhrayı paltar geyinmiş və əllərində "xalq hakimiyyətdəkilərdən güclüdür" yazılan plakatlar tutan nümayişçilər prezident Andres Manuel Lopez Obrador haqqında "Lopez getsin" şüarları səsləndiriblər.

Məhəmməd Tağıyev

 





19.02.2024    çap et  çap et