525.Az

Dövlət başçısı: TDT-nin Şuşa Zirvə görüşündə Şimali Kipr Prezidenti də iştirak edəcək


 

Dövlət başçısı: TDT-nin Şuşa Zirvə görüşündə Şimali Kipr Prezidenti də iştirak edəcək<b style="color:red"></b>

Bu gün söhbət əsnasında mən demişdim ki, ondan (Qarabağ müharibəsindən, - red.) əvvəl də Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq münasibətləri idi.

525.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu münasibətləri yeni yüksək zirvəyə qaldırdı. Bu gün müttəfiqlik bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq, biz öz gücümüzə güc qatırıq. Təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib xalqların bir arada olması hər bir Türk Dövlətləri Təşkilatının üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə bağlı da geniş müzakirə aparıldı. Şuşada keçiriləcək TDT-nin qeyri-rəsmi Zirvə görüşü bu ilin iyulunda keçiriləcək. Eyni zamanda, bu görüşdə müşahidəçi üzv Şimali Kipr Türk Respublikasının Prezidenti də mənim dəvətimlə iştirak edəcək. Bu bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”, - Prezident qeyd edib.

 





19.02.2024    çap et  çap et