525.Az

Yaponiyada zavodu əhatə edən alov 13 saat ərzində söndürülüb


 

Yaponiyada zavodu əhatə edən alov 13 saat ərzində söndürülüb<b style="color:red"></b>

Yaponiyanın Fukuoka əyalətində sənaye tullantılarının emalı müəssisəsində baş verən yanğın 13 saatlıq səydən sonra söndürülüb.

525.az xəbər verir ki, Kitakyuşu şəhərində sənaye tullantılarının emalı müəssisəsində naməlum səbəbdən baş verən yanğın bölgədə təşviş yaradıb. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, dünən axşam yerli vaxtla saat 18:00 radələrində xəbərdarlıq üzərinə Vakamatsu bölgəsindəki obyektə gələn yanğınsöndürmə qrupları qısa müddətdə alova müdaxilə edib. 

Yanğın bu gün səhər saatlarında, 13 saat davam edən işdən sonra söndürülüb. İlkin məlumata görə, yanğın zamanı ölən və yaralananların olmadığı açıqlanıb.

Qeyd edək ki, hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Məhəmməd Tağıyev

 





19.02.2024    çap et  çap et