525.Az

Vaşinqtonda minlərlə insan Qəzza üçün yürüş edib


 

Vaşinqtonda minlərlə insan Qəzza üçün yürüş edib<b style="color:red"></b>

ABŞ-nin paytaxtı Vaşinqtonda toplaşan minlərlə insan şaxtalı soyuqlara baxmayaraq Konqres binasına gedərək Qəzzada dərhal atəşkəs çağırışı edib.

525.az xəbər verir ki, Fələstinə dəstək verən bir çox qrupların birgə təşkil etdiyi Qəzzaya dəstək nümayişi Vaşinqton əhalisinin İsrailə və onu dəstəkləyən ABŞ rəhbərliyinə münasibətini bir daha ortaya qoyub. Günorta saatlarında şəhər mərkəzinin Chinatown bölgəsində bir araya gələn izdihamlı qrup, dondurucu soyuğa baxmayaraq, Pensilvaniya prospektini izləyərək Konqres binasının önünə qədər gedib.

Qeyd edək ki, polisin təhlükəsizlik tədbirləri altında keçirilən nümayiş axşam saatlarında başa çatıb.

Məhəmməd Tağıyev

 





19.02.2024    çap et  çap et