ABŞ-də gömrükçülər "Volkswagen" qrupuna aid minlərlə avtomobili ələ keçirərək ölkəyə buraxmayıblar.
525.az xəbər verir ki, ölkəyə buraxılmayan avtomobillər arasında yüzlərlə "Audi", "Porsche" və "Bentley" markalı avtomobillər var. Belə ki, bütün bu dəbdəbəli avtomobil markaları "Volkswagen" çətiri altında istehsal olunur.
Gömrük işçilərinin Almaniya istehsalı olan avtomobillərin ölkəyə buraxılmamasına səbəb isə avtomobillərin bir hissəsinin Çinin Uyğur Muxtar Bölgəsində istehsal olunmasıdır.
Parçanın məcburi əmək qanunlarını pozduğunu qiymətləndirən ABŞ səlahiyyətlilərinin bu səbəbdən ölkəyə girişə icazə vermədiyi bildirilib.
Məhəmməd Tağıyev
çap et