Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində botanika bağına ildırım düşməsi nəticəsində 4 nəfər xəsarət alıb.
525.az xəbər verir ki, Sidneydəki botanika bağına ildırım düşüb. Hadisə yerinə gələn tibb qrupları ağacın altında qalan 2-si qadın olmaqla 4 nəfərə tibbi yardım göstərib. Xəstəxanaya yerləşdirilən 4 nəfərin vəziyyətinin yaxşı olduğu bildirilib.
Meteorologiya Bürosu (BOM) ölkədə güclü yağış, güclü külək və dolunun təsirli olacağı barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, Sidneyin şimalında və Hunter bölgəsində təxminən 19 min 500 evdə elektrik kəsilmişdi.
Məhəmməd Tağıyev
çap et