525.Az

“Google” təzyiqlərə məruz qaldığını bəyan etdi


 

“Google” təzyiqlərə məruz qaldığını bəyan etdi<b style="color:red"></b> Dünyanın müxtəlif hökumətləri istifadəçilər haqqında məlumat əldə etmək üçün “Google” şirkətinə təzyiqləri artırmaqda davam edir.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin “Transparency Report” adlı hesabatında deyilir.
 
Hökumət sorğularının ümumi sayı 2014-cü ilin birinci yarısında 15%, son 5 ildə isə 150% artıb.  ABŞ-da  sorğuların sayı cari ilin altı ərzində 19% artıb. Bu, 2009-cu illə müqayisədə üç dəfə çoxdur. “Transparency Report” hesabatı ilk dəfə məhz 2009-ci ildə işıq üzü görüb.
 





16.09.2014    çap et  çap et