Yaponiya Müdafiə Nazirliyinin ekspertlər paneli 2023-2027-ci maliyyə illərini əhatə edən 43 trilyon yen (290 milyard dollar) müdafiə xərclərinin planlaşdırılmasını “qeyri-kafi” adlandırıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Hind-Sakit okean regionunda artan nüfuzu, Rusiya-Ukrayna böhranı və Şimali Koreyanın raket təhdidləri qarşısında Yaponiya hökuməti milli müdafiə xərclərinin yenilənməsini müzakirə edib.
Ekspertlər qrupunun rəhbəri Sakakibara Sadayuki öz bəyanatında müdafiə xərclərinin planlaşdırılmasına artan xərclər və yenin xarici valyutaya nisbətdə dəyər itirməsinin mənfi təsir göstərəcəyini müdafiə edib.
2023-2027-ci illərdə 43 trilyon yen müdafiə xərclərini "qeyri-kafi" olaraq xarakterizə edən Sakakibara hökumətin bu limitə diqqət yetirməsi lazım olduğunu da bildirib.
"Biz təftişləri tabu etməməliyik; reallığa, ictimai yükə və xüsusi maliyyə resurslarına əsaslanan vicdanlı müzakirələr aparmalıyıq", - Sakakibara qeyd edib.
Malik Atilay
çap et