525.Az

ABŞ-nin nüvə silahına ehtiyacımız yoxdur - Finlandiyanın Baş naziri


 

ABŞ-nin nüvə silahına ehtiyacımız yoxdur - <b style="color:red">Finlandiyanın Baş naziri</b>

Finlandiyanın Baş naziri Petteri Orpo Rusiya-Ukrayna müharibəsi ilə bağlı ölkə ərazisində ABŞ-nin nüvə silahına ehtiyac olmadığını deyib.

525.az xəbər verir ki, Orpo Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Baş nazir Orpo ABŞ-nin nüvə silahlarını ölkələrinin ərazisində qəbul edib-etməyəcəkləri ilə bağlı suala: "Buna ehtiyac yoxdur, çünki NATO artıq nüvə qarşısının alınmasını təmin edir", - deyə cavab verib.

4 aprel 2023-cü ildə NATO-nun 31-ci üzvü kimi Alyansa daxil olan Finlandiya 2023-cü ilin dekabrında ABŞ ilə Müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanmışdı.

Məhəmməd Tağıyev

 





20.02.2024    çap et  çap et