525.Az

Kanada Ukraynaya 800-dən çox PUA göndərəcək


 

Kanada Ukraynaya 800-dən çox PUA göndərəcək<b style="color:red"></b>

Kanada Ukraynaya yerli istehsal olan 800-dən çox PUA göndərəcəyini açıqlayıb.

525.az xəbər verir ki, Kanada Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ukraynaya 800-dən çox "SkyRanger R70" model pilotsuz uçuş aparatı (PUA) göndəriləcək.

Açıqlamada ümumi dəyəri 70 milyon dollardan çox olan PUA-ların Ukraynanın müdafiəsinə töhfə verəcəyi qeyd edilib.

Açıqlamada PUA-ların kəşfiyyat məlumatlarının toplanmasında kritik əhəmiyyətə malik olduğu vurğulanıb və bu vasitələrin materialların daşınması üçün də istifadə oluna biləcəyi bildirilib.

Məhəmməd Tağıyev

 





20.02.2024    çap et  çap et