Almaniyanın "Lufthansa" aviaşirkəti yerüstü xidmət işçilərinin tətilə çıxması səbəbindən yüzlərlə reysi təxirə salmalı olub.
525.az xəbər verir ki, "Lufthansa"nın verdiyi açıqlamaya görə, yerüstü xidmət işçiləri, maaşlarla bağlı razılığa gələ bilmədiyi üçün fevralın 18-də alınan qərara əsasən, bu gün saat 04:00-dan etibarən 27 saatlıq tətilə başlayıblar. Belə ki, aviaşirkət tətilə görə yüzlərlə reysi ləğv edib.
Qeyd edək ki, işlərin dayandırılması sabah saat 07:10-a qədər davam edəcək.
Məhəmməd Tağıyev
çap et