Cənubi Amerika ölkəsi Peruda 5,1 bal gücündə zəlzələ baş verib.
525.az xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Xidməti (USGS) episentri Perunun Ankaş bölgəsindəki Çimbote şəhəri olan 5,1 bal gücündə zəlzələnin yerin 55,8 kilometr dərinliyində baş verdiyini bildirib.
Ankaş Regional Fövqəladə Əməliyyatlar Mərkəzi (COER) tərəfindən edilən açıqlamada, ölkə sahillərində sunami xəbərdarlığının verilmədiyi açıqlanıb.
Zəlzələ Kasma və Huarmey şəhərlərində də orta intensivlikdə hiss olunub.
Peru səlahiyyətliləri tərəfindən verilən açıqlamada can və mal itkisinin olmadığı paylaşılıb.
Qeyd edək ki, dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Malik Atilay
çap et