525.Az

Qırmızı Xaç: Rusiya-Ukrayna müharibəsində 23 min insan itkin düşüb


 

Qırmızı Xaç: Rusiya-Ukrayna müharibəsində 23 min insan itkin düşüb<b style="color:red"></b>

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən 23 min nəfərin itkin düşdüyünü açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, BQXK müharibə nəticəsində itkin düşənlərlə bağlı yazılı açıqlama verib.

Açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbiylə 23 min adamın itkin düşdüyü qeyd edilib və bu itkinlərin əsir götürüldüyü, öldürüldüyü və ya evlərini tərk etdiyi bildirilib. İtkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün araşdırmaların aparıldığı vurğulanıb.

BQXK-nın Mərkəzi Monitorinq Agentliyi Bürosunun rəhbəri Dusan Vucasanin qeyd edib ki, ailələrin itkin düşən qohumlarının başına gələnləri bilmək hüququ var. Vucasanin minlərlə itkin düşmüş insanların ailələri ilə ünsiyyət qurmalarına kömək etdiklərini bildirib.

Malik Atilay

 





20.02.2024    çap et  çap et