Braziliya lideri Qəzza zolağında baş verənləri soyqırım adlandırdıqdan və Holokostla müqayisə etdikdən sonra İsrailin xarici işlər naziri İsrael Katz Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanı "persona non qrata" elan edib.
525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Biz unutmayacağıq və bağışlamayacağıq. Bu ciddi antisemit hücumdur. Mənim adımdan və İsrail vətəndaşları adından Prezident Lula da Silvaya deyin ki, o, sözlərini geri götürənə qədər İsraildə "persona non qrata" olacaq”, - deyə diplomat bildirib.
Havar Şəfiyeva
çap et