HƏMAS nümayəndələri Misir hakimiyyəti ilə danışıqlar aparmaq üçün Qahirəyə gediblər.
525.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.
Fələstin hərəkatının bəyanatında deyilir: “Hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin başçılıq etdiyi HƏMAS nümayəndə heyəti Qəzza zolağındakı vəziyyətlə bağlı Misir rəsmiləri ilə danışıqlar aparmaq üçün bu gün Qahirəyə gedib".
Nəşrin məlumatına görə, danışıqlarda siyasi məsələlər, fələstinlilərə yardım və atəşkəsə yönəlmiş tədbirlər, eləcə də əsirlərin mübadiləsi müzakirə olunacaq.
Qeyd edək ki, HƏMAS-ın səfəri ABŞ, Qətər və Misir nümayəndələrinin iştirak etdiyi hərəkat tərəfindən saxlanılan girovların dəyişdirilməsi ilə bağlı müzakirələrin dayandırıldığı bir vaxta təsadüf edir.
Havar Şəfiyeva
çap et