525.Az

ABŞ və Britaniya qüvvələri Hudeydaya hücum edib - Husilər


 

 ABŞ və Britaniya qüvvələri Hudeydaya hücum edib - <b style="color:red">Husilər</b>

Yəməndəki husilər ABŞ və İngiltərənin ölkənin qərbindəki Hudeydə şəhərinə hücum etdiyini açıqlayıb.

525.az xəbər verir ki, husilərə bağlı "Əl-Mesirah" televiziyasında yayımlanan xəbərdə ABŞ və İngiltərə hava qüvvələrinin Hudeydanın əl-Cubbane bölgəsinə iki hava hücumu təşkil etdiyi bildirilib.

Xəbərdə hücumların hədəfləri və nəticələri ilə bağlı məlumat verilməsə də, ABŞ və İngiltərədən heç bir açıqlama verilməyib.

Malik Atilay

 





21.02.2024    çap et  çap et