525.Az

Dəməşqdə SEPAH-ın iki müşaviri həlak olub


 

Dəməşqdə SEPAH-ın iki müşaviri həlak olub<b style="color:red"></b>

İsrailin Suriyanın Dəməşq şəhərinin cənub-qərbindəki Kfar-Susa məhəlləsinə endirdiyi raket zərbəsi nəticəsində İran İslam Keşikçiləri Korpusunun (SEPAH) ən azı iki müşaviri həlak olub.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, bir mülki şəxs də həlak olub.

Qeyd edək ki, Kfar-Susa Dəməşqin hökumət məhəlləsi hesab olunur. Orada dövlət qurumları və təhlükəsizlik qüvvələrinin qərargahları, habelə xarici səfirliklər yerləşir.

 





21.02.2024    çap et  çap et